Bakı 6˚C Mostly cloudy

Qubada iki obyekt 4 000 manat cərimələnib

Hadisə 12:54 10 yan, 2022

Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb

Qubada iki obyekt 4 000 manat cərimələnib

Qubada iki obyekt 4 000 manat cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qazet.az-a verilən məlumata görə, Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Çingiz Talıbov və Bəxtiyar Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4 000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.