Qubada karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb
Hadisə
14:16 13 yan, 2022
Quba rayonunda karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb
![Qubada karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb](https://qazet.az/resized/fit900x500/center/pages/48816/7f694b57-b5c3-4784-82d1-5f95acf55a5e.jpeg)
Quba rayonunda karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı obyektlərin məsul şəxsləri olan Nasidə Şahnamazova, Arif Babayev, Fərid Əhmədov, Ülvi Osmanlı və Şahin Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.