Bakı 16˚C Mostly cloudy

Qubada mal-qara oğruları saxlanılıb - FOTO

Hadisə 15:10 09 noy, 2021

Faktlarla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır

Qubada mal-qara oğruları saxlanılıb - <span style="color:red">FOTO</span>

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qazet.az-a verilən məlumata görə, vətənaşlardan daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Emin Maxsudov və Tərlan Ağamirzəyevin qabaqcadan əlbir olaraq Quba şəhəri ərazisindən 7 baş xırdabuynuzlu və rayonun Alekseyevka kəndində yerləşən otlaq sahəsindən 2 baş iribuynuzlu heyvanı oğurladıqları müəyyən edilib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlı kəndi ərazisindən 1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bəhruz Mehrivari saxlanılıb.

Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu bazar ərazisindən bir ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Natiq Nuriyev saxlanılıb.

Faktlarla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.