Qubada torpaq sürüşməsi olub
Gündəm
17:46 26 may, 2022
Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb

Qubada torpaq sürüşməsi olub.
Qazet.az Şimal bürosunun məlumatına görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.
Torpaq və qaya parçalarının sürüşməsi nəticəsində əsas qaz xətti, rabitə və elektrik kabellərinə zərər dəyib.
Hadisənin fəsadları aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.