Bakı 7˚C Showers

Quraqlıq dinozavr izlərini ortaya çıxardı

Maraqlı 10:40 24 avq, 2022
Quraqlıq dinozavr izlərini ortaya çıxardı

Texasda baş verən quraqlıq 113 milyon illik dinozavr izlərini ortaya çıxarıb.

Qazet.az “Sky News”a istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib.

Paluksi çayının son quraqlıq nəticəsində səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi Akrokantazavra məxsus ayaq izlərinin ortaya çıxmasına səbəb olub.

Bu ayaq izləri 20 ildən artıq idi ki, görünmürdü.

“Dinosaur Valley” Dövlət parkında tapılan görüntülər Pol Beyker tərəfindən lentə alınıb.

O, bildirib: “Tozu süpürün, belə bir dinozavr izləri tapacaqsınız”.

Mütəxəssislər fürsətdən istifadə edərək, ayaq izləri vasitəsilə dinozavr yolunun xəritəsini çıxarıb.