Bakı 25˚C Sunny

Qurban Qurbanov dünya çempionatının favoritlərindən DANIŞDI

İdman 20:16 17 noy, 2022
Qurban Qurbanov dünya çempionatının favoritlərindən DANIŞDI

Futbol üzrə dünya çempionatının başlamasına 3 gün qalır. Qətərdə keçiriləcək çempionatın favoritləri ilə bağlı dünyanın məşhur futbolçuları proqnozlarını açıqlayırlar.

Maraqlıdır, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun favoritləri hansı komandalardır, hansı komandaya azarkeşlik edəcək?

Mövzu ilə bağlı o, Lent.az-a açıqlama verib.

Qurbanovun sözlərinə görə, dünya çempionatında mübarizə aparacaq güclü komandalar çoxdur:

“Buna görə də konkret olaraq komandalar arasında müqayisə aparmaq çətindir. Amma əvvəl də, indi də azarkeşlik etdiyim komanda İspaniya millisidir. Dünya çempionatında da İspaniya komandasına azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.