Bakı 3˚C Sunny

Qusarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Hadisə 11:58 17 dek, 2022
Qusarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Qusarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Farik Mollayevin məhkəməsi başlayır.

Qazet.az xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin avqustunda Qusarın Piral kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü F.Mollayev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib.

F.Mollayevə qarşı Cinayət Məcəlləsinin (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.