Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub
Gündəm
07:11 12 avq, 2022
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.
Bu barədə qazet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.