Bakı 27˚C Partly sunny w/ showers

Quterreş Putinlə taxıl sazişini müzakirə etdi

Xəbərlər 21:25 14 sen, 2022
Quterreş Putinlə taxıl sazişini müzakirə etdi

BMT Baş katibi Antonio Quterreş və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Qazet.az xəbər verir ki, bu barədə baş katibin özü açıqlamasında deyib.

O, Kreml rəhbəri ilə Zaporojye AES ətrafında vəziyyəti, Rusiyadan gübrə ixracını və s. məsələləri müzakirə etdiyini bildirib.

BMT-nin baş katibi Rusiya ilə taxıl sazişinin uzadılması ilə bağlı müzakirələri davam etdirmək niyyətində olduğunu qeyd edib.