Bakı 17˚C Mostly sunny

Quterreş Qırğızıstan və Tacikistan liderlərini dialoqa çağırıb

Xəbərlər 21:37 17 sen, 2022
Quterreş Qırğızıstan və Tacikistan liderlərini dialoqa çağırıb

BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşə dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, təşkilat tərəflərin müraciəti olacağı təqdirdə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır və iki ölkənin hakimiyyətini atəşkəs rejiminin yaradılması üzərində işləməyə çağırır.

"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - bəyanatda bildirilir.