Quterreş Şimali Koreyanın raket atışlarını pisləyib
Gündəm
23:31 04 okt, 2022
BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın son raket buraxılışlarını pisləyib və Pxenyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Bu, baş katibin qınadığı açıq eskalasiyadır", - Düjarrik deyib.
Bu arada ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrın 5-də Şimali Koreya ilə bağlı xüsusi iclasının keçirilməsini xahiş edib.
Qeyd edək ki, bu ilin əvvəlindən Şimali Koreya 23 dəfə raket sınağı həyata keçirib.