Bakı 26˚C Intermittent clouds

Qvardiola Joze Mourinyonun uğurunu geridə qoyub

Gündəm 12:45 02 dek, 2021

Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir

Qvardiola Joze Mourinyonun uğurunu geridə qoyub

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola hazırda İtaliya "Roma"sının sükanı arxasında olan Joze Mourinyonun rekordunu geridə qoyub.

Qazet.az "The Mirror"a istinadən xəbər verir ki, Premyer Liqanın XIV turunda "Aston Villa"ya 2:1 hesabı ilə qalib gəldikləri görüş 50 yaşlı mütəxəssis üçün əlamətdar olub.

İspaniyalı baş məşqçi daxili çempionatında "şəhərlilər"lə 15-ci qələbəsini qazanıb. O, 203-cü matçda buna yiyələnib. "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"ə rəhbərlik etmiş Mourinyo eyni nəticəni əldə etmək üçün 230 görüş keçirib.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir.