Bakı 13˚C Sunny

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb -Video

İdman 09:00 18 dek, 2022
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb -Video

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

Qazet.az-ın məlumatına görə, 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

Rafael Aghayev is catching Raymond Daniels on REPEAT! pic.twitter.com/xKKM4eESF4

— Karate Combat (@KarateCombat) December 18, 2022