Bakı 10˚C Sunny

Rafael Ağayev qələbəni şəhidlərə həsr etdi

İdman 16:29 22 noy, 2021

Rafael Ağayev gələcəkdə daha çox medalların olacağına söz verib

Rafael Ağayev qələbəni şəhidlərə həsr etdi

"Biz komanda yarışlarında üçüncü olduq. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qazet.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında komanda kumitedə bürünc medal qazanmış Azərbaycan karateçisi Rafael Ağayev İnstaqram hesabında bildirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı qələbəni şəhidlərə, bu il dünyasını dəyişən anasına və dostu Elnurun 7 yaşında vəfat edən Ömər adlı övladına həsr edib: "Hamınızı bağrıma basıram. Gələcəkdə medallarımızın sayı çox olacaq. Buna söz verirəm".

Qeyd edək ki, dünya çempionatında həmçinin fərdi mübarizədə İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.

Mənbə