Bakı 26˚C Sunny

Rafael Nadal 97 yaşlı həmkarı ilə tennis oynayıb

Gündəm 18:55 29 okt, 2021

Görüş Malyorkadakı akademiyada baş tutub

Rafael Nadal 97 yaşlı həmkarı ilə tennis oynayıb

İspaniyalı məşhur tennisçi Rafael Nadal 97 yaşlı ukraynalı həmkarı Leonid Stanislavski ilə tennis oynayıb.

Qazet.az-ın məlumatına görə, görüş Malyorkadakı akademiyada baş tutub.

Stanislavski yarışlarda iştirak edən ən yaşlı tennisçi hesab edilir.

Qeyd edək ki, hazırda dünya sıralamasında 5-ci olan Rafael Nadal Böyük Dəbilqə seriyalı turnirlərin 20 dəfə qalibi olub.