Raj Stiven: "Həyatın özünü oxuduğum hekayələr üzərindən yaşayıram"- EKSKLÜZİV
“Art-Layihə” rubrikasının qonağı, istedadlı Azərbaycan fotoqrafı, portretçı Raj Stivendi,onunla müsahibəni diqqətinizə təddim edirik
-Dəyərli Raj, indiyədək çəkmək istədiyiniz, hər kəsin sizin gözünüzdən göstərmək istədiyiniz foto varmı?
Əslində çox olub. Paylaşmışam ki, istədiyim reaksiyanı alım, amma ala bilməmişəm. Çəkmişəm, soruşmuşam, heç kim mən gördüyüm tərəfi görməyib. İstər kurslarda, istər başqa fotoqraflardan mən gördüyüm kimi görməyiblər. Hətta sual vermişəm ki, nə görürsünüz? "Hə, nəbilim, şəkildi də"- deyə cavab veriblər. Halbuki, indi məşhur fotoqrafam. Niyə belə reaksiya verirlər bilirsiniz? Çünki əksəriyyəti bu sahəyə yalnız gəlir kənardan baxırlar. Amma heç kim mənə sual verməyib ki, sən nə görürsən? Sənin görüb, bizim görmədiyimiz nə var axı?
"Əslində çox zaman şəkil paylaşmamağımın səbəbi budur. Mən çəkdiklərimi anlamırlar. Hərdən fotoqrafiyanın qanunlarını çeynəyib, çərçivədən çıxıram. İnsanlar üçün bu dəqiqə ən maraqlı bir şey var, “mən gözəl düşüm, hamı pis düşsə də olar, arxa fon olmasa da olar, əsas odur mən yaxşı düşüm”.
Bu xüsusən xanımlarda belədir?Bəli-bəli, əsas yerdə xanımlar durur. Çox fotoqraflar iddia edir ki, xanımları çəkmək daha rahatdır. Amma mən bu fikirlə razı deyiləm. Əsla bu belə deyil. Əksini iddia edirəm və sübüt edə bilərəm. Çox insanlar deyir, "Yox mən burda qaranlıq düşmüşəm". Bəli, sənə ona görə qaranlıq vermişəm ki, əyləşdiyin yerin atmesferini, ab-havasını əks etdirə bilim. Səni açıq göstərsəm, heç kimə o yerin, atmosferin nədən ibarət olduğunu göstərə bilməyəcəm.
-Raj Stevene ölkəmizdə ki, fotoqrafiyanın vəziyyəti qane edirmi?
Xeyr. Əlbəttə qane etmir. Uşaqlarıda qınamıram. Ölkədə 30 000-dən çox fotoqraf var.(Bəlkə də daha çox). Çünki çox insanda bu yalnız cavanlıq həvəsidir. Professional fotoqraf üçün maraqlı deyil kim necədir, kim nə çəkir. Mənim heç vaxtım yoxdur bununla maraqlanım. Müştəriyə maraqlı olan məşhur olsun ona kifayyətdir, o, heç anlamır fotoqrafiya nədir. Ətrafımda olan əksər insan bilir ki, mən şöhrətpərəstlikdən pul qazanıram. Sənətimdən çox az pul qazanıram. Məni çağıran insanların az bir hissəsi mənim işimi başa düşür.
İnsanlar bu dəqiqə şan-şöhrətə daha çox fikir verir. Baxır sənin maşının nədir? Evin necədir? Bunlar maraqlıdır insanlara. Hə, demək sənin 100-150 minlik maşının varsa, demək sən bahalısan. Bu günləri istər bağ, istər maşın, evim hamısını gizli saxlayıram. Hətta hazırda yaşadığım evin ünvanını çox az adam bilir. Ətrafımda olan çox insanı dost kimi qəbul etmirəm. Çünki bir insanı dost kimi qəbul etməyim uzun zaman alır.
Elə müştəri var heç mənim işimi bilmir. Hə, qiymət yüksəkdir, yaxşıdır gəl. Bu məni çox məyus edir. Sənətimə qiymət verilmir.
Bir tələbəmin belə bir sözü var, bu mənim çox xoşuma gəlir. "Bu sənətin hörmətdən başqa heçnəyə ehtiyyacı yoxdur". O mənim çox hörmət etdiyim tələbəmdir. Adam bütün gücünü sənətinə verib. Yəqin ki, müsahibəmi oxuyar, baş əyirəm o insanın qarşısında.
-Bu bir tələbə üçün böyük qürur hissidir.
Bəli, mən o tələbəmin qarşısında baş əyirəm. Adını da ifadə edə bilərəm. Rəşad Məmmədov adında bir tələbəm olub. İllər öncə gəldi dedi "mən fərqli olacam, fərqli şeylər çəkəcəm". Həqiqətən də fərqlilik edir. Hər kəs uşaq fotosessiyasını studiyada çəkirsə adam fərqli məqamlarda, fərqli şəkillər çəkir. Bilmədiklərini məndən hələ də gəlib öyrənir. Rus fotoqraflarına pul ödüyür, araşdırır, onlayn dərslərə qoşulur. Nadirən belə tələbələrə rast gəlirəm.
-Bir çox məşhurlarla işləmisiz. Bunun yaxşı və çətin tərəfləri hansılardır?
Məşhurlarla uzun illərdi işləmirəm. Son zamanlar çəkdiklərim dostlarım, yaxın bildiyim insanlardır. Sonuncu səfər "ANS PRESS"-də işlədiyim vaxtlarda əməkdaşlığım olub məşhurlarla. Onuda qeyd edim ki, “ANS PRESS” bir məktəb idi. Bunu qeyd etməyi özümə borc bilirəm. Bir-iki nəfər məşhur var ki, onlarla dostam instagramdan da izləyirəm. Onlar xaric heç bir məşhurla işləmirəm. Adam fotosessiya istəyir, eyni zamanda da pul xərcləmək istəmir. Mən komanda ilə işləyirəm və bunlar hamısı xərcdir. Onlar da istəyir ki, mən onları pulsuz çəkim.
Hətta birdəfə xanım mənə dedi "mən sizi reklam edirəm" məndə "Moskva kərə yağının reklamı olmur" deyə kobud cavab verdim. İnsanlar bunu mənə məcbur edir.
İşiniz ona hörməti tələb edir. Şəkil çəkilməlidir, işlənilməlidir və sair. Bunlar hamısı xərcdir.
Bu dəqiqə hansısa məşhur, fotolarının çəkilməsi üçün pul verdiyini desə, mən buna inanmaram. Bəlkədə verir, amma mən buna inanmaq üçün öz platformamda görməliyəm. Mən isə bunu görmürəm.
Hal hazırda çox böyük bir proyekt üzərində çalışırıq. İctimaiyətin reaksiyası bu iş yekunlaşdıqdan sonra çox maraqlıdır mənə.
-Siz məşhur fotoqraf olmaqla yanaşı, həm də hekayə müəllifisiz. Bizlərə maraqlıdır Raj Steven bu gücü, bu ilhamı hardan alır?
Mən fotoqraf olaraq həmdə hekayə oxuyanam (storytelling). Həyatın özünü oxuduğum hekayələr üzərindən yaşayıram. Amma hara fırlatsan bu sahədə fotoqrafiyaya yaxındır. Biri var söz ilə başa salırsınız, biri də var şəkillər üzərindən onu danışmağa çalışasız. Bunlar demək olar eynidir.
-Sərbəst karyeranızı necə qurdunuz? Və başqalarına məsləhətləriniz nə olardı?
Gələcək üçün öz sahəmizi o qədər də işıqlı görə bilmirəm. Niyəsini soruşsaz: bizdə də çalışırlar xaricilər kimi çəksinlər, fərqlilik etsinlər. Amma bu alınmır. Onlar kimi çəkə bilirlər, ama onlar kimi görə bilmirlər. Bizim millətdə bir xasiyyət var - başqasının həyatına baxıb ağlayırlar. Ondan dərs çıxartmaq əvəzinə. Ama buna sərf etdikləri vaxtı öz işlərinə sərf etsələr daha yaxşı olar.
Karyera üçün isə onu deyə bilərəm ki, əgər öz işinə pul xərcləməyəcəksə onun karyerası mənim üçün müəmmalıdır. Məsələn, gedib 500 manata toy çəkib onun 10-20 manatını fotoşop proqramına xərcləyib. Düzəlişlər etmirsə burada uğurdan söhbət gedə bilməz. Belə deyək - qazancından mütləq işinə yatırım etməlidir. Bir fotoaparatla iş bitmir.