Ramil Usubov MDB ölkələrinin TŞ katiblərinin görüşündə iştirak edir
Gündəm
13:55 17 noy, 2021
Tədbirdə Azərbaycanı TŞ-nin katibi Ramil Usubov təmsil edir

Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şurası (TŞ) katiblərinin hər il keçirilən sayca doqquzuncu görüşü başlayıb.
Qazet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı TŞ-nin katibi Ramil Usubov təmsil edir.
İştirakçılar arasında Rusiya TŞ-nin katibi Nikolay Patruşev və Ermənistanın TŞ katibi Armen Qriqoryan da var.