Ramin Bayramlı istefa verdi-SON DƏQİQƏ-YENILƏNİB
Gündəm
10:04 12 sen, 2021
İlin istefası
10:40
“Hörmətli dostlar!
Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.
Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - Bayramlı qeyd edib.
10:15
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.
Qazet.az xəbər verir ki, bununla bağlı o, özünün Tvitter hesabında yazıb.