Bakı 14˚C Mostly cloudy

Ramiz Mehdiyev AMEA-nın yığıncağında iştirak edir?

Gündəm 12:08 25 okt, 2022
Ramiz Mehdiyev AMEA-nın yığıncağında iştirak edir?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir və ora prezident seçilir.

Qazet.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən  AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev bildirib ki, o AMEA-nın ümumi yığıncağına qatılmayacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü olduğuna görə, sözügedən yığıncaqda iştirak etməli idi. Lakin o, bu yığıncağa qatılmaqdan imtina edib.