Bakı 15˚C Intermittent clouds

"Rammştayn" qrupunun solistinin doğum günüdür

Maraqlı 13:00 04 yan, 2023
"Rammştayn" qrupunun solistinin doğum günüdür

"Rammştayn" qrupunun solisti Till Lindemann (əsl adı Ditrix Lindemann) 60 yaşını qeyd edir.

Qazet.az xəbər verir ki, 4 yanvar 1963-cü ildə Almaniyanın Layptsiq şəhərində anadan olan Lindemann eyni zamanda bir neçə peşənin sahibidir.

O, həm müğənni, aktyor, üzgüçü, bəstəkar, yazıçı (şair), dülgərdir. 

1994-cü ildən isə hazırda bütün dünya üzrə rok mahnısı sevənlərin favorit qrupu "Rammştayn"a (Rammstein) qoşulan Lindemann karyerasının pik nöqtəsinə çatdı.

Buna qədər müxtəlif qruplarda alət ifaçisı olan Till "Ramştayn" qrupunda hazırda da öz yerini qoruyub saxlayır. 

Rammstein Band

Həmçinin, Till Lindemann özünəməxsus 2015-ci ildə isveçli Peter Teqtrenlə birlikdə "Lindemann" qrupunu yaradıb.

Till Lindemann and Peter Tägtgren look at one another.

Bununla yanaşı, Till "Rammştayn" qrupunda da çıxışını davam etdirir. Qrupun 2022-ci ildə "Zeit" albomu işıq üzü görüb.

Məşhur rok ifaçısının müəllifi olduğu 2002-ci ildə "Messer", 2013-cü ildə "Sakit gecələrdə" ("In stillen Nächten"), adlı şeirlər kitabı çapdan çıxıb

İfaçı dekabrın 15-i 2018-ci ildə paytaxt Bakının qonağı olub. Müğənni burada "Sakit gecələrdə" kitabının təqdimat mərasimini keçirib, oxucuları üçün öz kitabını imzalayıb.

Till Lindemann (Rammstein) signs his book for fans at Baku Book Center |  Baku Book Center

 Rammstein Singer Till Lindemann in Prague with flames appearing to shoot out of his back.