“Ray-Ban” eynəklərilə “WhatsApp”dan istifadə mümkün olacaq
Maraqlı
13:33 15 iyl, 2022
Hətta mesajlar ucadan oxunacaq

Eynək istehsalçısının “Meta” ilə birlikdə hazırladığı və təqdim etdiyi “Ray-Ban Stories” artırılmış reallıq (AR) eynəkləri yeni xüsusiyyətlər əldə edib.
Qazet.az xəbər verir ki, onlardan başlıca məqsəd "WhatsApp”dan istifadə imkanıdır.
Mesencerin dəstəyi sayəsində eynəklər səsli zənglər edə, mətn mesajları göndərə, həmçinin mesajları ucadan oxuya biləcək.
“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin sözlərinə görə, istifadəçilər tezliklə səsli əmrlərdən istifadə edərək “WhatsApp” və “Messenger” mesajlarına birbaşa cavab verə biləcəklər.
Qaynaq