Bakı 8˚C Dreary

"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

İdman 18:40 15 dek, 2022
"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

İspaniya "Real Madrid"i Braziliyanın “Palmeyras” komandasında çıxış edən 16 yaşlı futbolçu Endriki heyətinə qatıb.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc hücumçu ilə 5+3 illik müqavilə imzalanıb.

Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 60 milyon avro təzminat ödəyəcək. "Real Madrid" 12 milyon avroluq vergi ödənişini də öz üzərinə götürüb.

Qeyd edək ki, Braziliyanın U-16 yığmasının şərəfini qoruyan Endrik 2024-cü ilin yayında, 18 yaşı tamam olanda "kral klubu"na qoşulacaq.