Bakı 20˚C Sunny

"Real Madrid" öz rekordunu yeniləyib

Gündəm 13:50 20 sen, 2021

Kral klubu ev və səfər daxil olmaqla, 10 oyundur uduzmur

"Real Madrid" öz rekordunu yeniləyib

İspaniyanın "Real Madrid" futbol komandası öz rekordunu yeniləyib.

Qazet.az "Gracenote" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" buna "Valensiya"nı 2:1 hesabı ilə məğlub etdiyi La Liqanın V tur oyununda nail olub.

Bununla da, Madrid təmsilçisi səfərdəki məğlubiyyətsizlik seriyasını 18 matça çatıb. Paytaxt klubu 1996-cı martından 1997-ci ilin fevralınadək, həmçinin 2016-cı ilin yanvarından dekabrınadək səfərdə 18 qarşılaşmada məğlub edilməz olaraq qalıb.

Bundan əlavə, Kral klubu ev və səfər daxil olmaqla, 10 oyundur uduzmur.