Bakı 5˚C Showers

"Real Madrid"in matçında Azərbaycana qarşı təxribat

İdman 09:25 26 okt, 2022
"Real Madrid"in matçında Azərbaycana qarşı təxribat

Çempionlar Liqasının dünən keçirilən qrup mərhələsinin “Layptsiq” - “Real” (Madrid) oyununda (3:2) Azərbaycana qarşı təxribata yol verilib.

Qazet.az-ın xəbərinə görə, tribunalardan birində (ehtimal olunur ki, meydan sahibi olan alman azarkeşlərin oturduğu sektorda) Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb. Onun tribunaya necə keçirildiyi və asıldığı bilinmir.

Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib. Bu mənada, separatçıların bez parçasının Çempionlar Liqası kimi mötəbər yarışda görünməsi (tribunada olsa belə) qaydaların kobud şəkildə pozulmasıdır. Adətən, bu tipli təxribatlara görə ən azı matçın təşkilatçısı olan kluba xəbərdarlıq edilməklə maddi cəza sanksiyası tətbiq edilir.