Regional təhsil idarələri nə zaman fəaliyyətə başlayacaq? - Açıqlama
"Bu idarələr növbəti aylarda yaradılacaq. Zəngəzur və Qarabağda bu adlarla idarələrin yaradılması qürurvericidir"

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev hal-hazırda media mənsublarının iştirakı ilə brifinq keçirir.
Qazet.az xəbər verir ki, gələn aylardan regional təhsil idarələrinin fəaliyyətə başlaması nəzərdə tutulub. "Regional təhsil idarələri iqtisadi rayonlar üzrə qurulub. Həmin regional idarələrin bacarıqları artdıqca təhsildə yaxşı nəticələr əldə olunacaq. Regional idarələrin yaradılması bizə təhsili vahid mərkəzdən idarə etmək şansını verəcək. Hər bir qurumun öz işini düzgün görməsi nəticəsində lazımı nəticə əldə edə bilərik. Həmin idarələrə bir sıra səlahiyyətlər veriləcək. Bu idarələr növbəti aylarda yaradılacaq. Zəngəzur və Qarabağda bu adlarla idarələrin yaradılması qürurvericidir" - deyə təhsil naziri bildirib.