Həyatını itirən şagird haqqında- AÇIQLAMA
Eksklüziv
16:02 10 yan, 2023
İmişli məktəbinin 5-ci sinif şagirdinin ölüm səbəbi bəlli olub.
Mil-Muğan Regional Təhsil İdarəsindən Qazet.az saytının jurnalisti Afət Əlipaşayevanın aldığı məlumata əsasən, V sinif şagirdi Əsədli Mələk Amid qızı kəskin böyrək çatışmazlığı xəstəliyindən yanvarın 1-i tarixində vəfat edib.
Bakıda uzun müddət müalicə olunmasına baxmayaraq səhhətində müsbət irəliləyiş baş verməyib. Xəstə rayona qayıdaraq evlərində ölüb.
Qeyd edək ki, Əsədli Mələk Hacıbabalı kənd ümumi orta məktəbində təhsil alırdı.