Rəisi başı açıq jurnalistə müsahibə vermədi
Siyasət
07:23 23 sen, 2022
Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib.
Qazet.az xəbər verir ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, Prezident İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti CNN-nin müxbiri Kristina Amanpura başının bağlı olması şərtini irəli sürüb. Lakin jurnalist başını örtmək istəməyib. Bu səbəbdən də İbrahim Rəisi müsahibə vermək istəməyib.