Rəisidən Bakı ilə bağlı möhtəşəm jest - "Təkcə qonşu deyilik..."
Mövlud Çavuşoğlu İran prezidentinin sözlərinə cavab olaraq Türkiyənin Tehranla əməkdaşlığı, eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İranla birgə fəaliyyəti gücləndirməkdə maraqlı olduqlarını bildirib.
İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.
Qazet.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən ölkəsinin Azərbaycan və Türkiyə ilə əlaqələrini haqda deyib.
İbrahim Rəisi əlavə olaraq deyib ki, İran və Türkiyə arasında xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.