Rəisidən SEPAH polkovnikinin qətlinə reaksiya
Gündəm
13:40 23 may, 2022
Bunu İran Prezidenti İbrahim Rəisi deyib

Sui-qəsd nəticəsində öldürülən SEPAH üzvünün qisasını alacağıq.
Qazet.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
“Polis rəsmiləri sui-qəsdçilərdən əl çəkməyəcək. Şəhidin qisasının alınacağına heç bir şübhəm yoxdur”, - Rəisi bildirib.
Qeyd edək ki, dünən Tehranda İran İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının üzvü, polkovnik Həsən Səyyad Xudayari evinin önündə güllələnərək öldürülüb.