Renan Lodi peyvəndə görə milliyə çağırılmadı
İdman
04:05 14 yan, 2022
Qeyd edək ki, yanvarın 28-də Ekvadorun qonağı olacaq Braziliya millisi fevralın 2-də Paraqvayı qəbul edəcək.
Braziliya baş məşqçisi Tite "Atletiko"nun (Madrid) müdafiəçisi Renan Lodini Ekvador və Paraqvaya qarşı keçiriləcək Dünya Çempionatının seçmə oyunları üçün milliyə çağırmayıb.
“Qazet.az" xəbər verir ki, buna səbəb futbolçunun tam COVID-19 peyvəndi olunmamasıdır.
Ekvador ölkəyə daxil olanların tam peyvənd olunmasını tələb etdiyini açıqlayıb.
Qeyd edək ki, yanvarın 28-də Ekvadorun qonağı olacaq Braziliya millisi fevralın 2-də Paraqvayı qəbul edəcək.