Bakı 15˚C Sunny

Rəqabət Məcəlləsinin təkmilləşdirilmiş layihəsi hazırlanıb

Gündəm 17:40 17 noy, 2021

"Sənəd müvafiq strukturlarla razılaşdırılma mərhələsindədir”

Rəqabət Məcəlləsinin təkmilləşdirilmiş layihəsi hazırlanıb

“Son vaxtlar Azərbaycanda liberal və rəqabətli iqtisadi siyasət vasitəsiylə davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır”.

Qazet.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.

“Həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsi hazırlanır. Sənəd müvafiq strukturlarla razılaşdırılma mərhələsindədir”, - deyə o, qeyd edib.