Bakı 23˚C Windy

Rəqəmsal inkişaf və nəqliyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Biznes 12:10 24 fev, 2022

 Ölkəmizin Forumla əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüş keçirib.

Bu barədə Qazet.az-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Forumla əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb.

Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində Forumun IV Sənaye İnqilabı Mərkəzinin yaradılması ölkə iqtisadiyyatının diversifikasiyası və investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq.

Görüşdə rəqəmsal transformasiya, innovasiyalar və kibertəhlükəsizlik məsələləri müzakirə olunub. Potensial əməkdaşlıq sahələri haqda fikir mübadiləsi aparılıb.

Rəqəmsal transformasiyanın Azərbaycan hökuməti üçün prioritet olduğu vurğulanaraq nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında qonaqlara məlumat verilib.