Bakı 8˚C Intermittent clouds

Rəşad Dağlıdan xəbər var: sabah onun üçün şad gün olacaq

Cəmiyyət 22:41 19 noy, 2022
Rəşad Dağlıdan xəbər var: sabah onun üçün şad gün olacaq

Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlı ilə ailəsi sabah görüşəcək.

Qazet.az-ın məlumatına görə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan meyxanaçı ilə ailə üzvlərinin görüşünə icazə verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaynaq