Rəşad Nəbiyev beynəlxalq konfransda iştirak edib
Biznes
12:35 31 okt, 2022
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) ilə bağlı yüksək səviyyəli konfransda iştirak edib
Qazet.az xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində məlumat verib.
"BMT standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyasını müzakirə etdik", - deyə o, qeyd edib.
Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı - SPECA ölkələri üçün yüksək səviyyəli konfransda iştirak etdim. BMT standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyasını müzakirə etdik. pic.twitter.com/oT1wNQsYxg
— Rashad Nabiyev (@RashadNNabiyev) October 31, 2022