Rəşad Nəbiyev: "Gələn il İKT sektoruna genişmiqyaslı güzəştlər olacaq"
Cəmiyyət
12:00 31 dek, 2022
Gələn il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək.
Qazet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Twitter"də bildirib.
"Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur. Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq", -deyə o əlavə edib.