Bakı 13˚C Mostly cloudy

Rəşad Nəbiyev vətəndaşları qəbul edib

Cəmiyyət 17:35 07 dek, 2022
Rəşad Nəbiyev vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şirvan şəhərində vətəndaşları qəbul edib.

Qazet.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir müraciətlərin araşdırılması ilə əlaqədar tapşırıqlar verib, qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcək.