Ayın ətrafında görünən nəhəng dairə haqqında AÇIQLAMA
Gündəm
11:39 05 yan, 2023
Ötən gecə Azərbaycan səmasında Ayın ətrafında müşahidə olunan nəhəng dairə - halo təbiət hadisəsi olub.
Qazet.az xəbər verir ki, bunu mediaya açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.
O bildirib ki, bu təbiət hadisəsi, əsasən yanvar və fevral aylarında baş verir:
“Təbiət hadisəsi atmosferin yuxarı qatı- troposferdə olan buz kristallarında Günəş şüalarının əks etdirilməsi nəticəsində yaranan təsvirdir”.
S.Alışov əlavə edib ki, yanvarın 4-də başqa astronomik hadisə -Yer-Günəş qarşıdurması da baş verib. Bakı vaxtı ilə 20:17 radələrində Yer Günəşə 147 milyon 98 min 290 kilometr məsafə yaxınlığında müşahidə olunub.
Qaynaq