Bakı 16˚C Partly sunny

Reşford rekordu təkrarladı

İdman 10:20 11 yan, 2023
Reşford rekordu təkrarladı

“Mançester Yunayted”in futbolçusu Markus Reşford 13 illik rekordu təkrarlayıb.

Qazet.az xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çarlton”la görüşdə buna nail olub.

Meydana əvəzetmədən daxil olaraq, komandasının 3:0 hesablı qələbəsinə 2 qolla töhfə verən ulduz futbolçu ardıcıl 8-ci ev matçında fərqlənməyi bacarıb. “Qırmızı şeytanlar”da bu göstəriciyə sonuncu dəfə 2010-cu ildə sabiq forvard Ueyn Runi imza atıb.

Qeyd edək ki, Markus Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə verib.