Rəsmi Bakı Qətəri təbrik etdi
Siyasət
22:54 18 dek, 2021
Xarici İşlər Nazirliyi (XİN) Qətəri milli bayram münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qətəri milli bayram münasibətilə təbrik edib.
Qazet.az xəbər verir ki, nazirliyin Tvitter səhifəsində paylaşılan təbrikdə deyilir:
“Qətər Dövlətinin Milli Günü münasibətilə Qətər hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk.
Milli Gününüz mübarək, Qətər!”