Bakı 3˚C Showers

Rəsmi Bakıdan İrəvana çağırış

Siyasət 23:25 14 sen, 2022
Rəsmi Bakıdan İrəvana çağırış

Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva Tvitter hesabında yazıb.

“Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir.

Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”, - L.Abdullayeva vurğulayıb.