Bakı 27˚C Mostly sunny

Rəsmi Bakıdan Qazaxıstana başsağlığı - FOTO

Siyasət 11:54 10 yan, 2022

Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq

Rəsmi Bakıdan Qazaxıstana başsağlığı - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında məlumat verilib.

Məlumatda qeyd olunur:

“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.

Xatırladaq ki, 2022-ci ilin ilk günlərindən Qazaxıstanda bahalaşma əleyhinə aksiyalar başlayıb.