Bakı 19˚C Mostly cloudy

Rezidenturaya qəbul olanların qeydiyyatı başladı

Siyasət 12:10 06 sen, 2022
Rezidenturaya qəbul olanların qeydiyyatı başladı

Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olanlar üçün qeydiyyat prosesinə başlanılıb.

Qazet.az xəbər verir ki, https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edilə bilər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.