Bakı 18˚C Hazy sunshine

Reznikov Fransa, İngiltərə və Türkiyəli həmkarları ilə danışdı

Gündəm 15:55 24 okt, 2022
Reznikov Fransa, İngiltərə və Türkiyəli həmkarları ilə danışdı

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Türkiyə , Fransa və Böyük Britaniyadan olan həmkarları ilə telefon danışığı aparıb .

Qazet.az  “iz.ru”-ya istinadla xəbər verir ki, o, bu barədə oktyabrın 24-də Twitter-də məlumat yayıb.

“Fransa, İngiltərə və Türkiyənin müdafiə nazirləri ilə danışdım. Həmkarlarım mənə Rusiya Müdafiə Nazirliyinin rəhbəri ilə apardıqları danışıqlar barədə məlumat verdilər”, - Reznikov vurğulayıb.

Oktyabrın 23-də məlum olub ki, Ukrayna hakimiyyəti öz ərazisində aztəsirli nüvə silahından istifadə ilə bağlı təxribat törətməyə hazırdır. Məhz Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə bu məsələni, eləcə də Ukraynadakı vəziyyəti müzakirə edib. Şoyqu həmçinin Türkiyə, Böyük Britaniya və Fransadan olan həmkarlarına Moskvanın Kiyevin mümkün təxribatlarından narahatlığını çatdırıb.