Bakı 0˚C Mostly cloudy

Reznikov Ukraynanın əks-hücuma keçəcəyi vaxtı açıqladı

Gündəm 01:33 12 dek, 2022
Reznikov Ukraynanın əks-hücuma keçəcəyi vaxtı açıqladı

Hava şəraiti ilə əlaqədar cəbhədə fəallıq azalıb, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələri hücuma keçəcək.

Qazet.az xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək, əminəm ki, əks-hücumlarımızı, ərazilərimizin azad edilməsi üzrə kampaniyamızı davam etdirəcəyik”, - o vurğulayıb.