Rihannaya Milli Qəhrəman adı verildi - FOTO/VİDEO
Maraqlı
15:52 30 noy, 2021
Rihanna 2018-ci ildən Barbadosun ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.

Barbados əsilli müğənni Rihanna ana vətəninin Milli Qəhrəmanı adına layiq görülüb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Barbadosun Baş naziri Mia Mottli bildirib.
“Bir millət və qürurlu xalq adından sizi – səfirimiz Robin Rihanna Fentini Barbadosun milli qəhrəmanı elan edirik. Almaz kimi parlamağa və ölkənizin qüruru olmağa davam edin”, - deyə o, respublikanın elan edilməsi mərasimində iştirak edən müğənniyə bildirib.
Qeyd edək ki, Rihanna 2018-ci ildən Barbadosun ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.