Bakı 11˚C Rain

Rıza Kayaalp 11 qat Avropa çempionu olub

İdman 02:11 03 apr, 2022

130 kq çəki dərəcəsində yer alan Kayaalp finalda İtaliya təmsilçisi Danila Sotnikova qalib gəlib - 4:0

Rıza Kayaalp 11 qat Avropa çempionu olub

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp karyerasında 11-ci dəfə Avropa çempionu olub.

Qazet.az-ın məlumatına görə, 33 yaşlı pəhləvan bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirilən nüfuzlu yarışda qızıl medal qazanıb.

130 kq çəki dərəcəsində yer alan Kayaalp finalda İtaliya təmsilçisi Danila Sotnikova qalib gəlib - 4:0.

Bu çəkidə Azərbaycanı təmsil edən Beka Kandelaki bürünc medal görüşündə macarıstanlı Dariuş Attila Vitekə uduzaraq, 5-ci yeri tutub.

Qeyd edək ki, Rıza Kayaalp 4 qat dünya çempionu və 3 qat olimpiya mükafatçısıdır. O, qızıl medallardan 2-ni Bakıda - 2010-cu il Avropa çempionatında və 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında əldə edib.