Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb
Gündəm
12:25 30 sen, 2021
Polşalı forvard turnirdə ardıcıl 18 matçda qələbə qazanan ilk oyunçu olub

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Çempionlar Liqası tarixi uğura imza atıb.
Qazet.az "OptaJose" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna Ukraynanın "Dinamo" (Kiyev) komandasına 5:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur oyununda nail olub.
Görüşdə dubla imza atan polşalı forvard turnirdə ardıcıl 18 matçda qələbə qazanan ilk oyunçu olub.
Qeyd edək ki, "Bavariya" 6 xalla E qrupunun lideridir. Komanda III turda Portuqaliyada "Benfika"nın qonağı olacaq.