Bakı 12˚C Sunny

Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb

İdman 11:35 24 noy, 2021

O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb

Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qazet.az-ın məlumatına görə 33 yaşlı hücumçu buna Ukraynada Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.

Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngilltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb.