Bakı 5˚C Showers

Rok musiqisinin dahisi Freddi Merkyuri - MARAQLI FAKTLAR

Maraqlı 09:59 26 iyl, 2022

Freddi Merkuri haqqında maraqlı faktları təqdim edirik

Rok musiqisinin dahisi Freddi Merkyuri - MARAQLI FAKTLAR

Əsl adı Farrokh Bulsara olan Freddi Merkyuri "We Will Rock You", "Bohemian Rhapsody", "Another One Bites the Dust" kimi mahnıları da daxil olmaqla bir çox hitləri ilə rok musiqisinə öz imzasını yazanlardandır. O, ikonik  "Queen"in solisti idi. 
1991-ci ildə dahi musiqiçi QİÇS-dən ölür. 
 

Qazet.az  Freddi Merkyuri haqqında maraqlı faktları təqdim edir.
 

1. O, gənclik illərində “Heathrow” Hava Limanında işləyirdi və musiqiyə olan həvəsi məhz o zaman yarandı.


 

2. Heç bir vokal təhsili almayıb. O, anadangəlmə dahi idi.
 

3. Freddinin o qədər mükəmməl və güclü səsi var idi ki, hətta "Ad günün mübarək" mahnısını belə oxuyanda insanları heyrətləndirirdi.
 

4. Ən hit ifalarından olan “Bohemian Rhapsody” mahnısını yazan Merkyuri səsini 4 oktava qədər daşıya bilən nadir insanlardan olub.
 

5. Üst çənəsində anadangəlmə 4 əlavə diş var idi və bu, onu çox narahat etsə də, Freddi heç vaxt dişlərini düzəltməmişdi, bəlkə də səsinə pis təsir edəcəyi üçün bunu etməmişdi.
 

6. O, operanın ən güclü səsi kimi tanınan Montserrat Kaballe ilə duet oxuyaraq çılğın kütləni silkələyir. Bir çox məşhur adlar onunla duet oxumaq istəyib. Maykl Cekson onunla mahnı oxumaq üçün ona məktub yazır, duet oxuyacaqdılar, lakin MJ ev heyvanı lamasını studiyaya gətirmək istəyəndə Freddi ortaqlığı ləğv edir.


 

7. Freddi üçün toplanan izdihamı vəcd etmək üçün mahnı oxumağa belə ehtiyac yox idi. Səhnənin ortasına çıxaraq dayansaydı belə, bu kifayət edərdi.

8. Yaradıcılığından ən yüksək səviyyədə istifadə edərək özünün yazdığı "Bohemian Rhapsody" mahnısı demək olar ki, hər kəsin yaddaşında qalan ifadır. Freddi bu heyrətamiz mahnını ümumilikdə 5 fərqli tonda ifa edib.


 

9. Spirtli içkiləri çox sevirdi. Xəstəliyi irəliləyərkən "Show Must Go On" mahnısını yazanda səhhətində problem yaranmışdı, lakin Freddi çox araq qəbul etdikdən sonra "Mən hətta oxuya da bilərəm" deyərək mahnının yazılmasını tamamlayır.

10. O, dünyanın ən yaxşı bığlı adam idi.
 





Qaynaq