Bakı 25˚C Partly sunny

"Rolls-Royce" 28 milyon dollarlıq avtomobilini təqdim edib

Gündəm 13:39 29 noy, 2021

“Bu, brend üçün həqiqətən tarixi bir andır”

"Rolls-Royce" 28 milyon dollarlıq avtomobilini təqdim edib

"Rolls-Royce Motor Cars" 28 milyon dollar dəyərində avtomobil təqdim edib. Avtomobilin seriya adı “Boat Tail”-dir. 

Qazet.az xəbər verir ki, bu mövcud olan "Rolls Royce Motor Cars"ın ən bahalı yeni avtomobildir.

Şirkətin baş direktoru Torsten Müller Osves jurnalistlərə açıqlamasında, "Bu, brend üçün həqiqətən tarixi bir andır. Biz hiper-fərdiləşdirmə və müasir patronajın faktiki olaraq sonsuz imkanlar təklif etdiyi lüks sahəsini tamamilə yeni səviyyədə təmsil edən avtomobil istehsalında müasir trendin önündəyik”, - deyib. 

Əl ilə yığılmış avtomobil dünyada unikal qlamurdur. Maşın, V12 mühərrikinə malikdir və planetdəki istənilən avtomobildə arzu edilən, düşünülmüş xüsusi dizaynı ilə seçilir.

Xatırladaq ki, 28 milyon dollar dəyərində qiymətə malik “Boat Tail”-in dünyanın ən bahalı yeni avtomobili olduğu deyilir. Yalnız üç nümunə hazırlanacaq, onların hər biri müştərilərin zövqünə uyğun formalaşdırılacaq.

Ancaq “Boat Tail”-in ən fərqləndirici elementi, şübhəsiz ki, gözəl ağac işlənməsi ilə bəzədilən arxa hissəsidir. Bu görüntünü əldə etmək üçün 20 nəfərdən ibarət komanda 8 ay çalışıb.